27.01.2020

Şabran rayonunun riyaziyyat müəllimləri üçün ixtisasartırma təlimi təşkil olunub

Şabran rayonunun riyaziyyat müəllimləri üçün  məkdəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi təşkil olunub.

Təlimə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təlimçisi rəhbərlik edib.

Keçirilən ixtisasartıqma təlimində rayonun 32 müəllimi iştirak edib. 3 gün davam edən təlimdə müəllimlərə qiymətləndirmə qaydaları, formativ qiymətləndirmənin mahiyyəti, holistik və analitik rubriklərin hazırlanması və s. bu kimi önəmli mövzular barədə geniş məlumat verilib, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.


Açar sözlər: