12.02.2020

Xüsusi siniflərin şagirdləri üçün səviyyə müyyənləşdirmə imtahanı keçirilib

Fevralın 12-də Şabran rayonu üzrə xüsusi siniflərin şagirdləri üçün səviyyə müyyənləşdirmə imtahanı keçirilib.

İmtahanda riyaziyyat-informatika təmayüllü sinfə riyaziyyat və informatika fənləri üzrə hər birindən 25 olmaqla 50, təbiət təmayüllü sinfə fizika, kimya, biologiya fənləri üzrə hər birindən 25 olmaqla 75 sual təqdim olunub. Birincilər 100, ikincilər 120 dəqiqə ərzində sualları cavablandırıblar.

Qeyd edək ki, Şabran rayonu üzrə T. Abbasov adına 1 nömrəli tam orta məktəbin 7-ci sinfində riyaziyyat-informatika, 8-ci sinfində təbiət təmayüllü xüsusi siniflər fəaliyyət göstərir.


Açar sözlər: ,  ,