18.02.2020

"Qədimdən qədimdir tarixim mənim" mövzusunda dəyirmi masa keçirilib

Şabran şəhər 1nömrəli ümumi orta məktəbdə "Qədimdən qədimdir tarixim mənim" mövzusunda dəyirmi masa keçirilib.

Məktəbin tarix müəllimi Sədaqət Quliyeva Azərbaycanda qədimdən indiki dövrə qədər mövcud olan dövlətlər haqqında şagirdlərə məlumat verərək qeyd edib ki, Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Xalqımızın siyasi varlığında dövlətçilik mühüm əhəmiyyət kəsb edir. Dövlətçilik ənənələrimizin tarixi 5 min il əvvələ gedib çıxır. Babalarımızdan miras qalan bu ənənəni yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Daha sonra məktəblilər qədim Azərbaycan dövlətləri haqqında maraqlı məlumatlar təqdim ediblər.


Açar sözlər: ,  ,