19.02.2020

Xocalı soyqırımının ildönümü münasibətilə rəsm müsabiqələri

Şabran rayon ümumtəhsil məktəblərində Xocalı soyqırımının ildönümü münasibətilə rəsm müsabiqəsi və çəkilmiş rəsmlərin, eyni zamanda soyqırım fotolarının sərgisi təşkil olunub.

Məktəblilər rəsmlərdə Xocalı soyqırımının onlarda doğurduğu dəhşət duyğularını, erməni vəhşiliklərini, məsum insanların yaşadıqları faciəni əks etdirməyə çalışıblar.

Tədbirlərin keçirilməsində məqsəd məktəblilərdə milli özünüdərkin formalarşdırılması, xalqın qan yaddaşının gənc nəslə təlqin edilməsindən ibarətdir.


Açar sözlər: ,