18.02.2020

“Xocalı soyqırımı” adlı tədbir təşkil olunub

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı” adlı tədbir təşkil olunub.

Tədbirdə məktəb rəhbərliyi, məktəbin müəllimləri, şagirdlər, Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkadaşları iştirak ediblər.

Çıxış edən məktəbin tarix müəllimi Gülnarə Ağayeva Xocalı hadisələrinin əsl soyqırımı olduğunu qeyd edib. O bildirib ki,  Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır. Ermənilər meyitləri belə təhqir etmişlər.

Çıxış edən məktəblilər Azərbaycan xalqı və dövlətinin Xocalı faciəsini heç vaxt unutmayacağını vurğulayıblar.

Tədbirdə, həmçinin məktəblilərin tədqimatında ədəbi-bədii kompozisiya izlənilib.


Açar sözlər: