19.02.2020

"Coca-Cola Məktəbli Kuboku"-nun oyunlarına başlanılıb

Fevralın 19-da "Coca-Cola Məktəbli Kuboku"-nun oyunlarına başlanılıb. İlk turun oyunları Şabran şəhər Mərkəzi Stadionunda P. İdrsiov adına Ağbaş, Ş. Nuriyev adına Zeyvə, İ. Abbasov adına Rəhimli, C. Məmmədov adına Ayğünlü, Baş Əmirxanlı, E. Mütəllimov adına Ağalıq kənd tam orta, şəhər 3 nömrəli və A. Xəlilov adına Sincanboyad kənd ümumi orta məktəbləri arasında baş tutub.

İlk turda Ağbaş məktəbi 3:0, Zeyvə məktəbi 3:2, Rəhimli məktəbi 4:0, Sincanboyad məkətbi 3:0 hesabı ilə rəqib komandaları üstələyiblər.

Qeyd edək ki, oyunlar rayon ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında  futbolun təbliği və kütləviliyinə nail olmaq, yeniyetmələrin idmana marağını artırmaq, zərərli vərdişlərdən uzaq olmalarını təmin etmək məqsədilə keçirilir.


Açar sözlər: ,