21.02.2020

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib

Şabran rayon ümumi təhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə müstəqilliyimizin simvolu olan ana dilimizin qorunması üçün Azərbaycan xalqının apardığı mübarizdən, dilimizin bu günə əsrlərdən süzülüb gəlməsindən danışılıb, onun şirinliyi və lətifliyi vəsf edilib.

Keçirilən tədbirlərdə məktəblilər ana dili haqqında  şeir, mahnı və səhnəciklərlə çıxışlar edərək doğma dillərinə olan sevgilərini ifadə ediblər.


Açar sözlər: ,  ,