20.02.2020

“Azərbaycan Respublikasının dövlət rəmzləri” adlı tədbir keçirilib

Şabran rayon Gəndov kənd tam orta mətkəbində “Azərbaycan Respublikasının dövlət rəmzləri” adlı tədbir keçirilib.

Çıxış edən məktəbin tarix müəllimi Ruhəngiz Kərimli Azərbaycan Respublikasının dövlət rəmzlərinin yaranma tarixi haqqında danışıb. O bildirib ki, dövlət rəmzlərimiz bizim milli ləyaqətimizi təmsil edir və hər bir Azərbaycan vətəndaşı bu rəmzlərə lazımi hörmətin göstərilməsi üçün məsuliyyət və mənəvi haqq daşıyır.

Daha sonra məktəblilər dövlət rəmzləri haqqında təqdimatlar edib, şeir və mahnılar səsləndiriblər.


Açar sözlər: ,  ,