21.02.2020

DYNX əməkdaşları məktəblilərlə görüşüb

Fevralın 21-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti Idarəsinin nümayəndələri Şabran şəhər 5 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçiriblər.

Görüş zamanı məktəbin ibtidai sinif şagirdlərinə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında ətraflı məlumat verilib.

Görüşün sonunda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.


Açar sözlər: ,