24.02.2020

Gəndov zonası üzrə hesabatlar dinlənilib

Növbəti hesabat yığıncağı fevralın 21-də Gəndov kənd tam orta məktəbində baş tutub. Yığıncaqda Gəndov, Pirəmsən, Aygünlü, Şahnəzərli, Dəvəçi kənd tam orta, Günəşli kənd ümumi orta məktəblərinin direktorları, direktor müavinləri, buraxılış siniflərdə dərs aparan Azərbaycan dili, riyaziyyat, xarici dil müəllimləri və 1, 2, 3, 4-cü siniflərin rəhbərləri və Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər

Məktəb rəhbərləri son iki ildə məktəbin buraxılış imtahanları nəticələrinin müqayisəli təhlili və nəticənin yüksəldilməsi istiqamətində görülən konkret tədbirlər, İbtidai siniflərdə tədrisin vəziyyəti, məktəbdə fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin buraxdığı son iki sinfin buraxılış imtahanlarında(ümumi orta bazada) müvəffəqiyyət faizi, ibtidai sinif müəllimləri haqqında aparılan ictimai rəy sorğusunun nəticələri və 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı Dövlər Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin 09.12.2019-cu il tarixli F-717/1 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planının icrası vəziyyəti barədə hesabatlarını təqdim ediblər.

Sonda Rayon Təhsil Şöbəsinin əməkdaşları təqdim edilən hesabatlar barədə fikirlərini bildirib, hesabat iştirakçılarının rəy və təkliflərini qəbul ediblər.


Açar sözlər: ,