25.02.2020

Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Şabran rayon ümumtəhsil müəssisələri və məktəbdənkənar müəssisələrdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Sinif təqdimatları, rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar, inşa və rəsm müsabiqələri, divar qəzetlərinin dərci, açıq dərslər, şəhid məzarlarının ziyarəti və s. formatlarda təşkil olunmuş tədbirlərdə Xocalı faciəsi haqqında ətraflı məlumat verilərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu bildirilib. Erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə işgəncələrə, zülm və təhqirlərə məruz qalmalarından danışılıb.


Açar sözlər: ,