26.02.2020

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.

Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.

Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilib, sənədli və bədii filmlərin nümayişi təşkil edilib.


Açar sözlər: ,