29.02.2020

Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib

Şabran rayon məktəblərində Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə mülki müdafiənin əhəmiyyəti, fövqəladə hallarda davranış qaydaları, kimyəvi və bioloji silahların törətdiyi fəsadlardan qorunma üsulları barədə söhbət aparılıb, yuxarı sinif şagirdləri arasında sanitar yarışı keçirilərək qısa vaxt ərzində tənzif və pambıqdan aspirator düzəldilməsi qaydası izah olunub.

Tədbirin yekununda məktəblilərin binadan təxliyyəsi və şərti olaraq dağıntılar arasında qalanların xilasetmə əməliyyatı, yaralılara ilkin tibbi yardım göstərilməsi və yanğının söndürülməsi nümayiş etdirilib.


Açar sözlər: ,  ,