02.03.2020

“Coca-Cola Məktəbli Kuboku” çərçivəsində növbəti turun oyunları keçirilib

Fevralın 29-da Şabran şəhər Mərkəzi Stadionunda rayon ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Coca-Cola Məktəbli Kuboku” çərçivəsində növbəti turun oyunları keçirilib.

Bu turda M. Nəzirov adına 4 nömrəli tam orta məktəb ilə Sincanboyad ümumi orta məktəbi, T. Abbasov adına 1 nömrəli tam orta məktəb ilə R. Yusifov adına 2 nömrəli tam orta məktəb-lisey, S. Musayev adına Uzunboyad kənd tam orta məktəbi ilə S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb, P. İdrisov adına Ağbaş kənd tam orta məktəbi ilə İ. Abbasov adına Rəhimli kənd tam orta məktəbi, 5 nömrəli tam orta məktəb ilə Ş. Nuriyev adına Zeyvə kənd tam orta məktəbinin komandası qarşılaşıb.

Nəticədə 4 nömrəli məktəb 5:1, 1 nömrəli məktəb 4:2, Uzunboyad məktəbi 4:2, Ağbaş məktəbi 5:0, 5 nömrəli məktəb komandası 8:0 hesabı ilə rəqibini üstələyib.


Açar sözlər: ,  ,