03.07.2020

Şabran rayonunda 9-cu sinif üzrə buraxılış imtahanları keçirilib

İyulun 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Şabran rayonunda 9-cu sinif üzrə buraxılış imtahanları keçirilib.

İmtahan 3 mərkəzdə karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilib.  İmtahanda 657 cari il məzunu, 14 nəfər  isə ötən illlərin məzunu iştirak edib.

İmtahan bütün mərkəzlərdə 11:00-da başlanıb, 14:00-da başa çatıb.

Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il karantin rejimi ilə bağlı 9-cu buraxılış sinifləri yalnız bir mərhələdə imtahan veriblər.


Açar sözlər: