16.08.2016

Ümumtəhsil məktəblərinin I sinfinə sənəd qəbulu başa çatmaq üzrədir

     2016-2017-ci  tədris  ilində  ümumtəhsil  məktəblərinin  I  sinfinə  6  yaşı  sentyabrın  15-dək  tamam  olan  uşaqlar  üçün  sənəd  qəbulu  15  sentyabr  tarixində  başa  çatır.  6  yaşı  sentyabrın  16-dan  dekabrın  31-dək  tamam  olan  xüsusi  istedadı  ilə  fərqlənən  uşaqların  vaxtından  əvvəl   I  sinfə  qəbulu  üçün  valideyn  ərizələrinin   qəbulu  isə   artıq  yekunlaşmaq  üzrədir.  İyul  ayının  20-dən  başlayan  sənəd  qəbulu  20  avqust  tarixində  başa  çatır.  Uşaqların  seçimi  isə  ərizələrin  qəbulu  bitdikdən  sonra   RTŞ  daxilində  təşkil  olunmuş  komissiya  tərəfindən   sentyabrın  10-dək  müəyyən  olunmuş  vaxtlarda  aparılacaq.