25.08.2016

Şabran rayon təhsil işçilərinin sentyabr konfransı keçiriləcək

            Şabran rayon təhsil işçilərinin növbəti ənənəvi konfransı 08 sentyabr 2016-cı il tarixdə saat 10:00-da Şabran Mədəniyyət Sarayında keçiriləcək. Konfransda 2015-2016-cı dərs ilinin yekunları təhlil olunacaq, 2016-2017-ci dərs ilində qarşıda duran məsələlərin həlli yolları müəyyənləşdiriləcək. Konfransda rayonun bütün ümumtəhsil və məktəbdənkənar müəssisələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.