31.08.2017

Sinif rəhbərləri üçün fövqəladə hallar və  mülki müdafiə seminarları keçiriləcək

7-9 sentyabr 2017-cı il tarixdə ümumtəhsil məktəblərinin II, V, VI sinif rəhbərləri üçün  Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Mülki müdafiə şöbəsinin əməkdaşları tərəfindən  fövqəladə hallar və mülki müdafiə  seminarları keçiriləcək.

 Seminarda “Məktəblilərə mülki müdafiə haqqında anlayışın verilməsi”, “Fövqəladə hallar şəraitində əhalinin məlumatlandırılması və onların davranışının tənzimlənməsi”, “Azərbaycanda mülki müdafiə, onun məqsəd və vəzifələri”, “Kütləvi qırğın silahları”, “Kollektiv mühafizə vasitələri” mövzularında  məruzələr ediləcək.