16.03.2018

Respublika fənn olimpiadalarının yarımfinal turuna onlayn qeydiyyat

Respublika fənn olimpiadalarının zona  mərhələsində iştirak etmək üçün qeydiyyat aşağıdakı qaydada həyata keçirilir:

1. www.olimpiada.edu.az saytına daxil olunmalıdır.

2. Respublika Fənn Olimpiadaları menyusundan Respublika Fənn Olimpiadalarına qeydiyyat seçilməlidir.

3. Ad_     Soyad_     Ata Adı_   şagirdin birinci mərhələdə cavab kartında qeyd olunduğu kimi yazılmalıdır.

4. Sistem, şagirdin adı, soyadı, ata adı, olimpiada fənni və sinfinə görə yerləşdirdiyinə görə bu xanalar düzgün (rayon-şəhər mərhələsində qeyd olunduğu kimi) doldurulmalıdır.

5. Əgər birinci mərhələdə şagird rayon kodunu səhv yazıbsa qeydiyyat zamanı hansı rayon məktəblisidirsə həmin rayonu qeyd etməlidir.

6. Sistemdə doldurulması vacib olan digər xanalar, telefon nömrəsi və s. problem yaranarsa əlaqə saxlamaq məqsədilədir. Həmin menyuda məktəb rəhbərliyinin və ya yerli təhsili idarəetmə orqanının nömrəsi qeyd oluna bilər.

7. Elektron səhifə bayram günlərində də aktiv olacaqdır. Qeydiyyatdan keçmək istəyən şagirdlər həmin günlərdə də qeydiyyatdan keçə bilərlər.

 

Qeyd: Son qeydiyyat günü 27 martdır.

 

Şabran rayonu üzrə Respublika fənn olimpiadalanrının yarımfinal turuna vəsiqə qazanan şagirdlərin siyahısı