05.02.2020

4-cü siniflərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə başlanılıb

Şabran Rayon Təhsil Şöbəsi rayon ümumtəhsil məktəblərinin 4-cü siniflərində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə başlayıb.

Monitorinqlər zamanı məktəblilərə 45 dəqiqə  ərzində Azərbaycan dili və riyaziyyat fənlərindən müvafiq tapşırıqlar təqdim edilir.

Qeyd edək ki, monitorinqlər  2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 4.2. yarımbəndinə(İbtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilib müzakirə edilməsi və nəticələrdən asılı olaraq, sinif müəllimlərinin fəaliyyətinin qiymətləndirilməsi barədə müvafiq təkliflərin hazırlanması) əsasən təşkil olunur.

 


Açar sözlər: ,