Oktyabrın 1-dən Şabran rayon ümumtəhsil məktəblərinin V-IX sinif şagirdləri ilə əyani təhsilə başlanılıb.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində rayon ümumtəhsil məktbələrinin V-IX siniflərində 4318 şagird təhsil alır. Onlardan 2017 nəfəri qız, 2301 nəfəri isə oğlandır.
Şabran rayon ümumtəhsil məktəblərinin V-IX siniflərində əyani formada tədris həftədə 3 gün olmaqla təşkil edilir.