10.03.2021

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Martın 10-da  respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Yarımfinal turu Bakı şəhərində 12, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 22 mərkəz olmaqla ümumilikdə 35 mərkəzdə təşkil edilib. Şabran Siyəzən və Xızı rayonları üçün mərkəz Şabran rayonu olub.

Yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib. Müsabiqədə Şabran rayonu üzrə 52 şagird biliyini sınayıb.

Yarımfinal turunun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qaydalara görə, hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək.

Qeyd edək ki, respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi 10-12 fevral tarixlərində 28 mindən çox şagirdin iştirakı ilə keçirilib.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


Açar sözlər: ,