11.03.2021

“TOPs təlimində iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində keçirilmiş təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.

Öncə Rayon Təhsil Şöbəsi ilə fiziki tərbiyə müəllimlərinin virtual görüşü keçirilib, daha sonra müəllimlər karantin rejimi tələblərinə uyğun olaraq RTŞ-yə yaxınlaşaraq sertifikatlarını alıblar.

Qeyd edək ki, TOPs layihəsi çərçivəsində təlimlər 2019-cu ilin sentyabr ayında keçirilmişdi və təlimlərdə rayonun 50 fiziki tərbiyə müəllimi iştirak etmişdi.

TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir.

Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.


Açar sözlər: ,