Respublika fənn olimpiadalarının zona mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən Şabran rayonu üzrə müsabiqədə iştirak edən 52 şagirddən 7-si final turuna vəsiqə qazanıb.
Final turuna vəsiqə qazanan şagirdlər:
M. Nəzirov adına 4 nömrəli tam orta məktəbin şagirdləri
Cəbrayılova Gülnar Səxavət qızı - biologiya fənni üzrə
Cəbrayılov Hikmət Səxavət oğlu - biologiya fənni üzrə
Mehrabova Xoşbəxt Natiq qızı - biologiya fənni üzrə
Mahmudov Fərid Füzuli oğlu - tarix fənni üzrə
R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin şagirdi
Əliyev Fərman Altay oğlu - riyaziyyat fənni üzrə
S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin şagirdi
Məmmədzadə Coşğun Mənsur oğlu - coğrafiya fənni üzrə
5 nömrəli tam orta məktəbin şagirdi
Hətəmov Namiq Rafiq oğlu - coğrafiya fənni üzrə
Qeyd edək ki, biologiya fənnindən Respublikada öz həmyaşları arasında Hikmət Cəbrayılov ikinci, Gülnar Cəbrayılova isə üçüncü olub.
Şabran Rayon Təhsil Şöbəsi finala vəsiqə qazanan şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik edir, növbəti turda da qalibiyyət arzulayır!