17.03.2021

İnsan alveri və zorakılıq hallarına qarşı maarifləndirmə məqsədilə virtual tədbir

S.Musayev adına Uzunboyad kənd tam orta məktəbində məktəblilər arasında insan alveri və zorakılıq hallarına qarşı maarifləndirmə məqsədilə virtual tədbir keçirilib.

Məktəbin direktoru L. Məmmədova giriş sözü çıxış edərək, təhsil müəssisələrinin  insan alverinə qarşı mübarizədə böyük rol oynadığını bildirib. O, eyni zamanda əksərən təhsilsiz insanların insan alveri qurbanları olduğunu və bu statistikanın insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapdığını qeyd edib.

Daha sonra çıxış edən müəllim G. Həmidova dövlət səviyyəsində insan alverinə qarşı mübarizə abarılmasından və insan alveri üzrə dünya, region və ölkə üzrə statistikanın nəticələrindən danışıb. O bildirib ki, insan alverinə məruz qalanlar arasında həm qadınlar, həm də uşaqlar və kişilərin var.

Tədbirdə “Zorakılıq və İnsan alveri qurbanları” adlı videoçarx nümayiş etdirilib, məktəblilərə yalan vədlərə inanmamaq, bu zaman lazımı orqanlara müraciət etmək tövsiyə olunub.

 


Açar sözlər: ,  ,