08.04.2021

“Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları

Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin 3 b sinfində “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları təşkil olunub.

Məktəblilər 44 günlük II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən oğulları haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər. Təqdimatlarda şəhidlərin həyatı, döyüş yolu haqqında məlumatlar, fotoşəkillər, videoçarxlar əks olunub, şəktəblilər öz şeirləri ilə şəhidlərə hörmət, ehtiram və sevgilərini ifadə ediblər.

Təqdimatları izləyən məktəbin direktoru F. Fərzəliyeva Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bu şanlı qələbədən danışıb, həmin qələbənin qazanılmasına görə bütün Azərbaycan xalqının hər zaman əziz şəhidlərinə borclu və minnətdar olduğunu qeyd edib. F. Fərzəliyeva təşkilatçılığa görə sinif rəhbərinə və fəal iştiraklarına görə şagirdlərə təşəkkürünü bildirib, şəhidlərimizin bizə əmanəti olan bütöv Azərbaycanı qorumağın artıq gələcək nəsillərin öhdəsinə düşdüyünü vurğulayıb.

Qeyd edək ki, sinif təqdimatları Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planının icrası məqsədilə təşkil olunur.


Açar sözlər: ,