31.03.2021

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb

Rayon ümumtəhsil məktəblərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlər dəyirmi masa, inşa, rəsm müsabiqələri, sərgilərin nümayişi və s. şəklində həm karantin rejimi qaydaları gözlənilməklə məktəbdə, həm də virtual platformalarda təşkil olunub.

Keçirilən tədbirlərdə məktəblilərə azərbaycanlıların soyqırımı, əsrlər boyunca Azərbaycan xalqının qarşılaşdığı təcavüzlər, riyakar düşmənin xalqımıza qarşı törətdiyi təxribatlar barədə ətraflı məlumat verilib, şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.


Açar sözlər: ,  ,