22.04.2021

I-IV sinif şagirdlərinin oxu, yazı və riyazi bacarıqlarının monitorinqi aparılır

Şabran rayon ümumtəhsil məktəblərində I-IV sinif şagirdlərinin oxu, yazı və riyazi bacarıqlarının monitorinqi aparılır.

Moinitorinqlərin keçirilməsində məqsəd şagirdlərdə mütaliə və riyazi vərdişlərin təkmilləşdirilməsi, oxu bacarıqlarının öyrənilməsi, düzgün yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin qiymətləndirilməsi və nəticəsi zəif olan şagirdlərlə aparılacaq metodiki işin istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edək ki, Şabran rayonu üzrə I-IV siniflərdə 1704-ü qız, 2039-u oğlan olmaqla 3743 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 199 ibtidai sinif müəllimi məşğul olur.


Açar sözlər: ,