21.06.2021

Dağbilici məktəbinin şagirdləri Bakı şəhərinə ekskursiya ediblər

Şabran rayon Ə. Hacıyev adına Dağbilici kənd tam orta məktəbinin şagirdləri Bakı şəhərinə ekskursiya ediblər.

 

Ekskursiya “Yay məktəbi” layihəsi çərçivəsində təşkil olunub. Ekskursiya zamanı məktəblilər Şirvanşahlar sarayı, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban, Qız qalası və İçərişəhərdə olub, Azərbaycan tarixinin önəmli səhifələri haqqında dolğun məlumat əldə ediblər.


Açar sözlər: ,  ,