"İdman həftəsi" çərçivəsində rayon ümumtəhsil məktəblərində şagirdlər arasında yarışlar, idmançılarla görüşlər, xüsusi dərslər keçirilir.
Qeyd edək ki, "5 mart-Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar ümumi təhsil müəssisələrində 28 fevral-4 mart tarixlərində "İdman həftəsi" elan olunub.
Layihənin məqsədi şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.