04.03.2022

Bədən Tərbiyəsi və İdman günü" münasibətilə məşqçi-müəllimlər və idmançılarla görüş keçirilib

"5 Mart - Bədən Tərbiyəsi və İdman günü" münasibətilə məşqçi-müəllimlər və idmançılarla görüş keçirilib.

 

Görüşdə Rayon Təhsil Şöbəsinin metodisti Rəşad Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, UGİM-in və UGİŞM-in məşqçi-müəllimləri,  rayon ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, idmançılar iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər ölkədə və rayonda idmanın inkişafı mövzusunda toxunub, idmana olan diqqət və qayğıdan, bu sahədə qarşıda duran vəzifələrdən danışıblar. Çıxışçılar sonda "5 Mart - Bədən Tərbiyəsi və İdman günü" münasibətilə bütün idmançıları, məşqçi-müəllimləri və idmansevərləri təbrik ediblər.

 

Tədbirin sonunda rayonda idmanın kütləviliyinin artırılmasında göstərdikləri xidmətlərə görə UGİM-in direktoru İlqar Məqami və UGİŞM-in direktoru Zeynal Zeynalov rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif ediliblər.


Açar sözlər: ,