12.04.2022

Uzunboyad kəndində yeni məktəb binası inşa edilir

Şabran rayonunun Uzunboyad kəndində 264 şagird yerlik ikimərtəbəli məktəb binası inşa edilir.

 

Yeni məktəb binasının tikintisinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulub.

 

Səməndər Musayev adına Uzunboyad tam orta məktəbi üçün yeni binanın tikintisinə 2021-ci ilin fevral ayından başlanılıb. Hazırda binanın dam örtüyünün inşası və suvanması işləri aparılır.

 

Binada 12 sinif otağı, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt zalı, kitabxana və yeməkxana olacaq.

 

İnşa olunan yeni təhsil müəssisəsi müasir istilik sistemi ilə təchiz olunacaq. Məktəb binasının həyətində qazanxana və su çənləri tikilib.


Açar sözlər: ,  ,