Aprelin 3-də ümumtəhsil məktəblərinin 6-7-ci sinif şagirdləri arasında keçirilmiş Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.
Nəticələrə əsasən, Şabran rayon ümumtəhsil müəssisələri üzrə 28 nəfər şagird müsabiqənin növbəti turunda iştirak hüququ qazanıb.
Qeyd edək ki, müsabiqənin rayon mərhələsində 207 şagird öz biliyini sınamışdı.
Şagirdlərimizi, onların müvəffəqiyyətində əməyi olan müəllimlərini və valideynlərini təbrik edir, növbəti turda uğurlar arzulayırıq.