Aprelin 2-də ümumtəhsil məktəblərinin 5-ci sinif şagirdləri arasında keçirilmiş Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.
Nəticələrə əsasən, Şabran rayon ümumtəhsil müəssisələri üzrə 18 nəfər şagird müsabiqənin növbəti turunda iştirak hüququ qazanıb.
Qeyd edək ki, müsabiqənin rayon mərhələsində 108 şagird öz biliyini sınamışdı.
Şagirdlərimizi, onların müvəffəqiyyətində əməyi olan müəllimlərini və valideynlərini təbrik edir, növbəti turda uğurlar arzulayırıq.