12.04.2022

Aygünlü kənd tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici tədbir təşkil olunub

Şabran rayon C. Məmmədov adına Aygünlü kənd tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici tədbir təşkil olunub.

 

Tədbirdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, polis polkovnik leytenantı Rauf İsmayılov, polis baş leytenantı Rövşən Ələkbərov, Şabran Rayon Təhsil Şöbəsinin metodisti Ağaşirin Bağırzadə, Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Musa Hüseynov, Rayon Polis veteranları cəmiyyətinin sədri, polis polkovnik leytenantı Valeh Sadıqov, məktəbin direktoru Zakir Musayev və yuxarı sinif şagirdləri iştirak ediblər.

 

Çıxış edən M. İbrahimov ötən yüzilliyin bəlalarından sayılan narkomaniyanın XXI əsrdə də qlobal problemlər sırasında qalmaqda olduğunu bildirib. O, narkotik vasitələrin yaratdığı fəsadlar haqqında məlumat verərək, gənclərin bu bəladan uzaq durmasının vacibliyini vurğulayıb. M. İbrahimov bildirib ki, narkomaniya ilə mübarizəni bütün dövlət qurumları ilə yanaşı bütün insanlar aparmalıdırlar.

 

Daha sonra məktəbin direktoru Z. Musayev məktəbdə narkomaiyaya qarşı keçirilən maarifləndirmə tədbirlərindən, şagirdlərin fəal iştirak etdiyi rəsm, inşa-yazı müsabiqələrindən danışıb, maarifləndirici tədbirlərin əhəmiyyətinə diqqət çəkib.

 

Digər çıxışçıların çıxışlarında da narkomaniyanın yaratdığı ağır fəsadlardan bəhs edilib, gənclər sağlam yaşamağa və narkomaniyaya qarşı birgə mübarizəyə dəvət ediliblər.

 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,