04.05.2022

“Şabran bilik kuboku”nun 4-cü mövsümü təşkil olunub

Şabran rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi “Şabran bilik kuboku”nun 4-cü mövsümü təşkil olunub. Yarış “Şuşa ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempianatı çərçivəsində keçirilir.

 

Yarışda ümumilikdə 27 məktəb komandası iştirak edir. Hər oyununda 7 komandanın mübarizə apardığı ilk oyunlardan yarımfinal oyununa ən yüksək xal toplamış iki komanda  vəsiqə qazanır. Final oyununun nəticələrinə əsasən ən yaxşı nəticə göstərmiş komanda üzvləri, həmçinin fəal oyunçular rayonu regional məktəb çempionatının 21 may tarixində Quba şəhərində keçiriləcək zona turunda təmsil etmək imkanı qazanacaqlar.

 

İlk iki oyunda şəhər 1 nömrəli, Rəhimli, Uzunboyad, Aygünlü kənd tam orta, 2 nömrəli, Sincanboyad, Vələsli kənd ümumi orta məktəbləri, 3 nömrəli, Ağbaş, Pirəmsən, Gəndov kənd tam orta, Günəşli, Təzəkənd kənd ümumi orta məktəblərinin komandaları mübarizə aparıb. Birinci oyun üzrə 1 nömrəli tam orta, 2 nömrəli ümumi orta, ikinci oyun üzrə 3 nömrəli tam orta və Günəşli kənd ümumi orta məktəbləri qalib seçiliblər.

 

Birinci mərhələnin oyunları davam edir.


Açar sözlər: ,  ,