Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.09.1993-cü il tarixli əmri ilə Dəvəçi Rayon Xalq Təhsil Şöbəsinin adı dəyişdirilmiş və həmin ildən Dəvəçi rayon Təhsil Şöbəsi adlandırılmışdır. 2010-cu ildən rayonun adının dəyişdirilməsi ilə əlaqədar olaraq Dəvəçi RTŞ Şabran RTŞ kimi adlanır.
Hazırda idarədə 3 sektor fəaliyyət göstərir. Şabran RTŞ-nin tabeliyində 47 ümumtəhsil müəssisəsi və 2 məktəbdənkənar müəssisə vardır.